Tanınmış müğənni Tacir Şahmalıoğlu Modern.az saytına verdiyi müsahibədə bildirib ki, müğənni Fədayə Laçının sevdiyi insan icazə vermədiyinə görə onların iş birliyinə-duetinə son qoyulub:
“Əvvəl mahnıları mən seçirdim, gətirirdim, yaradırdım, aranjimana verirdim. Fədayə mənim tələbəm idi, indi də tələbəmdir. Fədayəni daim nəzarətdə saxlayırdım, çağırırdım, mahnılar oxuyurduq. İndi onu çağırmaram da. Gəlin sizə lap təmizini danışım. Bir dəfə “Görmüşəm, sevmişəm, istərəm səni”ni yeni versiyada oxudum və Fədayəni dəvət elədim ki, duet oxuyaq. O da dedi ki, “istədiyim oğlan məni qısqanır”. Mən də ondan sonra heç çağırmadım”.
Fədayə Laçın isə Modern.az-a açıqlamasında deyilənləri təkzib edib:
“Elə bir şey olmayıb ki, sevgilimə görə Tacirlə duet oxumayım. Həyatda heç nə əbədi deyil, eləcə də bizim duet yaradıcılığımız”. Fədayə Laçının geniş müsahibəni bu günlərdə saytımızda oxuya bilərsiniz. Müğənni Tacir Şahmalıoğluyla şəxsi münasibətlərindən və sənətdəki yeniliklərindən danışıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR