UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az xəbər verir ki, baş tutan görüşlərdən sonra qrup mərhələsinin daha 5 iştirakçısı müəyyənləşib.
Ölkəmizdə də kifayət qədər azarkeşi olan Türkiyənin “Fənərbaxça” klubu İngiltərədə “Arsenal”ın qonağı olub. Bir həftə əvvəl öz meydanında 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi Londonda da məğlub olub – 0:2.
İlk görüşdə “Ludoqorets”i məğlub edən “Bazel” səfər matçında da rəqibindən güclü olub. Öz meydanında “Austriya”ya uduzan Xorvatiyanın “Dinamo” klubu səfərdə qalib gəlsə də, bu, mərhələ keçmək üçün yetərli olmayıb.
Qeyd edək ki, bu mərhələ bu gün keçiriləcək daha 5 qarşılaşma ilə yekunlaşacaq.
Çempiolar Liqası
Pley-off mərhələsi (cavab oyunları)
27 avqust
"Arsenal" (İngiltərə) - "Fənərbaxça" (Türkiyə) - 2:0
Ilk oyun – 3:0
QOL: A. Remzi, 25, 72
"Austriya" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:3
İlk oyun - 2:0
QOL: Simuniç, 4 (avtoqol), Roman, 82 - M. Brozoviç, 33, Fernandes, 43, Beqiraj, 70
"Bazel" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan) - 2:0
İlk oyun – 4:2
QOL: F. Frey, 11, Deqen 79
"Legiya" (Polşa) - "Styaua" (Rumıniya) - 2:2
İlk oyun – 1:1
QOL: M. Radoviç, 27, Rzezniçzak, 90 - Stankyu, 7, Pyovakkari, 9
PAOK (Yunanıstan) - "Şalke" (Almaniya) - 2:3
İlk oyun – 1:1
QOL: Atanasiadis, 53, 79 - Adam Szalai, 43, 90 Draksler, 67.
Qırmızı vərəqə: Cons, 64 ("Şalke")
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR