Fövqəladə Hallar Nazirliyi (FHN) Beyləqanda yanacaq doldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.
“Vətəninfo.az” xəbərinə görə, FHN-nin məlumatında qeyd olunur ki, Beyləqan rayonunda vətəndaşa məxsus “Ülvi” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə, yanacaqdoldurma məntəqəsinin xidməti otaqları və yerüstü anbarın çardaq hissəsi 350 kv.m sahədə dağılıb,yanacaq çənlərinin üzərinə dağılmış müxtəlif yanacaq-sürtgü materialları 144 kv.m sahədə yanıb, yanacaqdoldurma stansiyasında operator işləyən 1 nəfər xəsarət alıb. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Yanacaqla dolu 8 ədəd çən və ətrafdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR