Brazilyada keçirilən Dünya Çempionatının 1/4 final mərhələsində sabah Almaniya və Fransa yığması üz-üzə gələcək.
Vətəninfo.az xəbər verir ki, dünya çempionatının 20 turundan 18-də iştirak edən Almaniya ölkələr arasında ən çox oyun (103) keçirib. Bu oyunların 63-də qələbə qazanıb. Rəqib qapılarından 215 top keçirib, 120-sini isə buraxıb.
Fransa 14 mundialda iştirak edərək 58 oyun keçirib. 28 oyunu qələbə ilə başa vuran Fransa rəqibə 106 top vurub. Özü isə 70 dəfə mərkəzdən oyun başlamaq məcburiyyətində qalıb.
Dünya çempionatının final mərhələsində Almaniya və Fransa 3 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 2-də (1982 və 1986) Almaniya, 1-də (1958) Fransa qalib olub. Almaniya hər 2 qələbəni ½ finalda qazanıb. Ancaq 3-cü yer uğrundan keçirilən oyunda Fransaya (6:3) məğlub olub.
Almaniya mundialda 3 dəfə 1-ci, 4 dəfə 2-ci, 4 dəfə 3-cü yeri bölüşüb.
Fransa 1 dəfə 1-ci, 1 dəfə 2-ci, 2 dəfə 3-cü yeri bölüşüb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR