“Vətəninfo.az”ın “AzərTac”a istinadən verdiyi xəbərə görə, Fransanın dördüncü böyük şəhəri hesab edilən Lildə azərbaycanlı tələbə Babək Cəfərov tərəfindən ölkəmizin təbliğinə həsr olunmuş “Azərbaycan günü” adlı tədbir keçirilmişdir.
Fransanın ən mühüm biznes məktəblərindən biri olan İESEG School of Managementin ilk və hələlik yeganə azərbaycanlı tələbəsi olan B. Cəfərov üniversitetdə beynəlxalq biznes ixtisası üzrə magistr təhsili alır. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdçüsüdür.
Dünyanın müxtəlif ölkələrini təmsil edən tələbə və professorların qatıldıqları tədbir iki hissədən ibarət olmaqla üç saat davam etmişdir.
Rəsmi hissədə qonaqlara Azərbaycanla bağlı videolar göstərilmiş, ölkəmizin tarixi, inkişafı, iqtisadiyyatı, mədəni irsi və müasir incəsənət nümunələri barədə geniş məlumat verilmişdir.
Tədbirin ikinci hissəsində isə ölkəmizin Fransadakı səfirliyinin və ARDNŞ-in dəstəyi ilə iştirakçılara milli mətbəximizin nümunələrindən olan şəkərbura, paxlava, plov, dolma və digər nemətlər təqdim olunmuşdur.
Tədbirin sonunda iştirakçılara ölkəmiz haqqında ingilis və fransız dillərində şap olunmuş məlumat kitabçaları və jurnallar, milli musiqi diskləri və ARDNŞ tərəfindən göndərilən hədiyyələr təqdim edilmişdir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR