Ögey qızı ilə evlənən rejissor: “Bizim günahımız deyil”

Ögey qızı ilə evlənən rejissor: “Bizim günahımız deyil”
1997-ci ildə ögey qızı Sun Yi Previnlə ailə qurmaqla qalmaqala səbəb olan məşhur rejissor Vudi Allen ilk dəfə sevgi həyatından danışıb.
Vətəninfo.az-ın məlumatına görə, Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı ilə arasında 35 yaş fərq olmasına baxmayaraq, xoşbəxt yaşadıqlarını deyən rejissor əvvəllər Sunla münasibətini ciddi saymadığını etiraf edib:
"Onunla münasibətə başlayanda bunun qısamüddətli olacağını düşünürdüm. Ancaq sonra su axıb çuxurunu tapdı. Birlikdə vaxt keçirərək bir-birimizi bəyənməyə başladıq. Aramızdakı yaş fərqi bizə heç vaxt problem yaratmayıb. Əksinə, bizə dəstək oldu. Yaş fərqinin olması nə Sunun, nə də mənim günahımdır. Onun cavanlığını və enerjisini çox sevdim”.
Qeyd edək ki, cütlüyün hazırda iki uşağı var. Sun Yi Vudi Allenin əvvəlki həyat yoldaşı Mia Farrounun övladlığa götürdüyü qızı idi. Vudinin ailə quranda 56, Sunun isə 21 yaşı olub. Dünya mediası rejissorun ögey qızıyla evlənməsi xəbəri ilə çalxalanmışdı.











İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az