Vətəninfo.az xəbər verir ki, Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başa çatıb. ANS PRESS-in Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, çempionatda iştirak edən hər üç növ üzrə yığma komandalarımız ümumilikdə 2 qızıl, 6 gümüş və 3 bürünc medal olmaqla 11 medal medalla Vətənə qayıdır. Qızıl medalları yığma komandamıza sərbəst güləş üzrə yarışan Teymur Məmmədov (63 kq) və Şamil Sadullayev (85 kq) qazandırıb. Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yunan-Roma güləşində, Leyla Qurbanova (49 kq) qadın güləşində, Əfqan Xaşalov (50 kq) və Mahir Əmiraslanov (58 kq) isə sərbəst güləş yarışlarında yalnız finalda məğlub olaraq, komandamıza gümüş medal qazandırıb.
Bürünc medalları isə, yunan-Roma güləşi üzrə Seymur Hüseynov (46 kq), İslambek Dadov (69 kq) və qadın güləşi üzrə Türkan Nəsirova (46 kq) əldə edib. Bu nəticə ilə, güləşçilərimiz komanda hesabında da ön sıralarda qərarlaşıb. Belə ki, 3 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya yığması ilə eyni xalı toplayaraq ikinci nəticə göstərib. 2 qızıl və 2 gümüş medal qazanan sərbəst güləşçilərimiz isə, komanda hesabında beşinci pillədə qərarlaşıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR