Günorta yatmaq insult riskini artırır - XƏBƏRDARLIQ

Günorta yatmaq insult riskini artırır - XƏBƏRDARLIQ

Elm adamları günorta yatmağın öldürücü təsirindən danışıb.

"Miq.Az" xəbər verir ki, Çinin Uxan Universitetinin alimləri bu barədə xəbərdarlıq edib.

Onlar hesab edir ki, günorta, eyni zamanda 9 saatdan artıq yatmaq insult riskini artırır.

6 il davam edən tədqiqatda 31 750 çinli iştirak edib. Onların orta yaş göstəricisi isə 62 olub. İştirakçılardan 1557-də insult halına rast gəlinib.

Onların 8%-i 90 dəqiqə və daha çox, 24%-i isə 9 saat və daha artıq yatıb. Sonuncularda 7-8 saat yatanlarla müqayisədə insult riski 23% çox olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az