“Bu gün Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın (İP) mitinqlə bağlı müraciətinə cavab verəcək. Ümid edirəm ki, hakimiyyət “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində ölkənin imicini korlamamaq xatirinə, İP-nin mitinq üçün təklif etdiyi yerlərdən birini ayıracaq”. Bunu “Vətəninfo.az”-a açıqlamasında Müsavat başqanın müavini, İP-nin Kordinasiya Şurasının üzvü Aruz Səmədbəyli bildirib. Onun sözlərinə görə, İP-nin bundan əvvəlki iki mitinqi 20-ci sahədə keçirməsi hakimiyyətə güzəşt idi:
“İndi güzəş növbəsi hakimiyyətindir. Buna görə də, İP-nin təklif etdiyi yerlərdə mitinqin keçirilməsinə normal və təhlükəsiz şərait yaradılmalıdır”.
İP Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Hökumətlə danışıqlar aparmaq üçün Koordinasiya Şurasının üzvülərindən ibarət qrup yaradılıb. Qarşı tərəfdən cavab gəlibmi və iqtidarla hansı mövzularda müzakirələr aparacaqsınız sualına A.Səmədbəyli belə cavab verib:
“Yox, hələki bir cavab yoxdu. Hakimiyyətlə bir çox məsələləri müzakirə edəcəyik. Təbii ki, əsas müzakirə edəcəyimiz məsələ kütləvi aksiyaların keçirilməsinə şərait yaradılması olacaq”.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR