Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşanın işğalı anılacaq.
Teatrın mətbuat xidmətindən “Vətəninfo.az”a daxil olan məlumata görə, mayın 8-i saat 17.00da teatrda yazıçı-publisist Vaqif Əlixanlının “Hardasan oğul” əsəri əsasında səhnələşdirilən “Əcəl atı” tamaşası nümayiş etdiriləcək. Yüksək vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın başına gətirilən müsibətləri əks etdirən tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə teatrın foyesində Şuşa şəhərinin işğalına həsr olunmuş sərgi nümayiş etdiriləcək.
Qarabağ həqiqətləri, Dağlıq Qarabağın mühüm hərbi-strateji məntəqəsi olan Şuşanın mənfur ermənilər tərəfindən dağıdılan, xarabaza çevrilən məkanları foto-sərgidə əksini tapacaq.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR