Ahəngyolu nəzəriyyəsinin yaradıcısı, Azərbaycanın tanınmış sosioloq alimi, şair Əhməd Qəşəmoğlunun saytımıza göndərdiyi şeirini təqdim edirik:
hələ günah qayıqlarında,
günah aləmində üzür insanlar....
günah – silah, silah-günah
hələ silahlar doğulur
günahlarından insanların....
hər silahın içində
bir günah inadı
qanını axıdır insanların
viran qoyur yurd-yuvasını....
hələ günah qayıqlarında
günah aləmində üzür insanlar....
günah qədəh, qədəh-günah
qədəh-qədəh günah içir insanlar...
nəşəli başla oyun açırlar
bir birinin başına...
hələ günah qayıqlarında,
hiylə
qəhrəmanlıq kimi görünür gözlərinə,
kələyi ələk kimi tutub üzlərinə,
tor toxuyur biri birinə insanlar...
tora düşənin ağrısını
nəğmə kimi dinləyirlər...
kələyi çörək yerinə
bir-birinə yedirir insanlar,
qaranı ağ kimi, ağı boz kimi
bir-birinin əyninə geydirir insanlar...
günahların mayasından, nüvəsindən
nüvə adlı əjdaha doğulur
kəsir qarşısını insanların
insanların əməllərindən doğulan günahlar
gozə görünmədən
bürüyüb dünyanın hər yanını
bir vəlvələ salıb
insanlırın canına....
dünyanın əhvalına....
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR