“Mayın 20-də Niderlandın “Niderland 2” televiziya kanalında Azərbaycanla bağlı “Azərbaycandan salamlar” (“Groeten uit Azerbeidzjan”) adlı veriliş yayımlanıb.
Bu barədə “Vətəninfo.az”a “Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, politoloq Vüqar Abbasov bildirib: “Veriliş boyu Azərbaycanın siyasətindən daha çox, mədəniyyət və tarixindən söhbət açılıb. Eləcə də Quba məzarlığı nümayiş olunub və oradakı insan sümüklərinin yerli əhaliyə (milliyyətcə azərbaycanlı, rus, yəhudi) aid olduğu və bu qətliamı ermənilərin törətdiyi vurğulanıb.
Bundan əlavə, Atəşgah məqbərəsindən, Şirvanşahlar, Şəki Xan Sarayından, Qəbələdən maraqlı məlumatlar verilib. Ümumiyyətlə, veriliş Azərbaycanın təbliği baxımından çox gözəl hazırlanmışdı” - deyə, Vüqar Abbasov qeyd edib.
Vüqar Abbasov onu da əlavə edib ki, “təəssüf ki, elə həmən gün Niderland kanalında Azərbaycanla bağlı başqa daha ayrıca bir süjet verildi ki, bu tam siyasi tənqid üzərində qurulmuşdu və deyilənlərlə razılaşmamaq mümkün deyil”-deyə, politoloq vurğulayıb: ”Avroviziona görə insanların evlərinin sökülməsi, polislərin insanlara qarşı sərt davranışları və döyməsi, Xədicə İsmayıla qarşı edilən əxlaqsızlıqdan və.s. söhbət açıldı. Bu cür hallar olmalı deyil ki, xarici mətbuat da bunları yayımlanmasın”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR