Sabiq deputat musavat.com vasitəsilə xalqı Cümhuriyyət günü münasibətilə təbrik edir
Keçmiş deputat, “Oğuz eli” İctimai Birliyinin rəhbəri Hüseyn Abdullayev yeni əsər yazıb. “Mənim Ölkəm” adlanan əsər Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunub. H.Abdullayev musavat.com-a eksklüziv olaraq Xalq Cümhuriyyətinin 95 illiyi ilə bağlı təbrik mətni də göndərib. Təbrikdə deyilir:
“28 May 1918-ci il... Bu, hər bir Azərbaycan türkü kimi, mənim də qürur duyduğum bir tarixdir. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı rəsmən elan edildi. Bu, Şərqin ilk demokratik respublikası idi. Bu, həm də tarixdə Azərbaycan adına qurulmuş ilk dövlət idi...
Çox təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti cəmi 23 ay sürdü. Lakin əsarətlə barışmayan Azərbaycan xalqı XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası uğrunda yenidən mübarizəyə qalxdı. Xoşbəxtlikdən Tanrı mənim də qismətimə bu əzablı, lakin şərəfli missiyanın iştirakçısı olmaq şansını yazdı. Bu mübarizədə hər kəsin arzusu ölkəmizi müstəqil ve xoşbəxt görmək idi.
Müstəqil və Demokratik Azərbaycan uğrunda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm. Sizlərə təqdim etdiyim “Mənim Ölkəm” əsərini Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə ithaf edirəm. Cümhuriyyət Günümüz mübarək!”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR