İcra başçısı jurnalistlərlə görüşüb

İcra başçısı jurnalistlərlə görüşüb
 
Səbail İcra Hakimiyyətində Milli Mətbuatın 140 illiyi münasibətilə jurnalistlərlə görüş keçirilib.
Vətəninfo.az xəbər verir ki, görüşdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və bir çox mətbu orqanın nümayəndəsi iştirak edib.
 
 
 
Tədbirdə çıxış edən Səbail İH-nin başçısı Asif Əsgərov jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, dövlət tərəfindən mediaya göstərilən qayğıdan danışıb, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə Azərbaycan mətbuatının keçdiyi yoldan və jurnalistlərin qarşısında duran vəzifələrdən danışıb.
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb, Milli Mətbuat günü münasibətilə 75-dən çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az