Dünya şöhrətli Azərbaycan yazıçısı, Çingiz Abdullayev Türk Döyüş Sənəti- Azərbaycan Sayokan Federasiyasının fəxri üzvü seçilib.
Bu gün Azərbaycan Sayokan Federasiyasının rəhbərliyi dünya şöhrətli detektiv yazıçılarımızdan Çingiz Abdullayevi ilə görüş keçiriblər. Görüşdə Azərbaycan Sayokan Federasiyasının prezidenti Vasif Namazov, 1-ci vitse-prezident Aqil Acalov, vitse-prezidentlər Fərid Əlizadə və Musa Abdullayev iştirak ediblər.
Görüş maraqlı fikir mübadiləsi ilə keçib. Federasiya rəhbərliyi SaYoKanın ölkəmizdə fəaliyyəti ilə bağlı məşhur yazıçıya ətraflı məlumat verərək, yazıçıya qurumun fəxri üzvü seçilməsinə razılıq verdiyi üçün xüsusi təşəkkürlərini çatdırıblar. Məşhur yazıçı isə çıxışında Azərbaycanda türk döyüş sənətini inkişaf etdirən, milli adət-ənənələri təbliğatını aparan belə bir milli idman təşkilatının fəaliyyətindən məmnun olduğunu diqqətə çatdıraraq, bu işləri davamlı və sistemli aparmağın zərurliyini bildirib.
Sonda Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Fəxri Üzv diplomu Çingiz müəllimə təqdim olunub. Məhşür yazıçı bu diqqətə görə, federasiya rəhbərliyinə təşəkkür etmiş və onlara fəaliyyətində uğurlar arzulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR