İlham Əliyev bu fərmana dəyişiklik etdi

İlham Əliyev bu fərmana dəyişiklik etdi

Sərhədkeçməyə məhdudiyyət siyahısına daha bir əlavə edilib.

Miq.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” fərmana edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Vergilər Nazirliyi vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklər qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirilmədikdə hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatları "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edəcək və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirəcək.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az