Vətəninfo.az Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova deyib. O, müğənni “Şoubiz+” verilişinə müsahibəsində sənətindən və küsülü olduğu xalq artisti İlhamə Quliyevadan danışıb. Niyə konsert vermədiyi ilə bağlı suala “illər əvvəl bu sualı verəndə deyirdim ki, yiyə duran yoxdur, indi isə həvəsdən düşmüşəm. Kanallar sağ olsun, çağırırlar, mahnılar oxuyuram, hörmət görürəm, bununla da qane oluram" cavabını verən F.Kərimova ilk dəfə tacı özü taxdığını bildirib:
"Mənim çox titulum var. Gərək bir dəfə mən də titullarımı sadalayım. Amma yaşa dolanda müğənninin ən böyük titulu hörməti olur. Çox illər bundan əvvəl, anam sağ olanda dedi ki, sən “diademalı”- yəni taclı şəkil çəkdir. Diademanı mənə geyindirdi. Başımda tac şəkil çəkdirdim, tacı ilk mən taxdım. O vaxtdan bu məsələ İlhamə Quliyevanın başağrısına çevrilib. Ondan sonra xəstəliyə düçar oldu: bir, iki, beş tac. Tacların, ödüllərin qiyməti olmalıdır. Aldığı ordenlərə o, yaraşıq verməlidir, ödül ona yox. İlhamə gərək şəxsiyyətinə fikir versin ki, aldığı “Şərəf ordeni”nə layiq olsun. Ondan titul istəyənlərə təəccüb edirəm. İlhamənin özü qapı döyüb ödül istəyir. O, kiməsə ödül verə bilər? Cavanlar başını niyə itirib, özlərini niyə alçaldırlar?! İlhaməyə də, Faiq Ağayevə də düz söz deyəndə başlayırlar adamı şantaj etməyə”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR