Xoşbəxt o televiziya aparıcısıdır ki, tamaşaçı onu sevir, hər efir görüşünü səbirsizliklə izləyir. Öz dəsti-xətti olan, heç kəsi təkrarlamayan Elnarə Təhməzova məhz tamaşaçının sevdiyi və seçdiyi televiziya aparıcılarındandır. İntellektual səviyyəsi ilə seçilən Elnarə xanımmüzakirə obyektinə çevirdiyi mövzulara həssas yanaşır və çalışır ki, onun üçün ayrılmış efir saatında mövzunu bütövlükdə müzakirə edib tamaşaçıya təqdim etsin.

“İncə+”, “İncə maraqlar” tamaşaçıda xoş bir ovqat yaradır. Aparıcının səmimiyyəti, qonaqlarla xoş rəftarı, tamaşaçıya ötürdüyü müsbət enerji Elnarənin daxili tərbiyyəsindən, ailə tərbiyyəsindən irəli gəlir. Fərqli geyimləri aparıcının yüksək zövqə malik olmasından xəbər verir. Müasir dünyagörüşlü xanım olduğundan müasirliyə daha çox üstünlük verir. Aparıcının hərəkət dinamikası da özünəməxsusdur. Çalışır ki, efir saatında dolğunluq yaratsın, tamaşaçı yorulmasın.

Aparıcının səsi, səsindəki məlahət özü bir şəfadır. Səsi tamaşaçını qıcıqlandırmır, əksinə səsi ilə minləri tilsimə sala bilir. Gözəl xanım, fərqli aparıcı Elnarə Təhməzova hələ neçə-neçə mövzuları incə-incə müzakirə obyekti edib problemlərin həlli yollarında yardımçı olacaq. İncə qəlbin, incə maraqların var olsun!
Araz Hacıyev
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR