Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində hələ də irəliləyiş yoxdur.
Vətəninfo.az xəbər verir ki, bu barədə Publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib: "Ramiz necə var elədir, hələ də sağalıb ayağa qalxmır. Yaddaşı zəifdir, güclə danışır. Nitqində yaranan problemlərə görə fikrini asanlıqla izah edə bilmir. Buna görə də çox əsəbiləşir. Həkimlər də deyir ki, ona əsəbiləşmək olmaz. Yanına gəlmək istəyənlər də çoxdur. Amma heç kimi yanına qoymuruq, çünki danışanda çətinlik çəkdiyi üçün gərginlik keçirir və səhhətinə ziyan vurur. Ümumiyyətlə, bu xəstəlik elədir ki, çətin sağalır və bunun üçün illər lazımdır”.
Müalicə olunmaq üçün sənətkarın xarici ölkələrə aparılması da aktualdır. Ancaq hələ ki gözlədiklərini deyib: "Özümüzdə də yaxşı həkimlər var, gözləri Ramizin üstündədir. Xaricə aparanda nə dəyişəcək ki? Beyin insultu ağır xəstəlikdir”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL