İyulun 3-də UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Vətəninfo.az Apasport.az saytına istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən klublardan daha biri - "İnter" də ilk sınağına çıxıb.
Paytaxt klubu Moldovada "Tiraspol"la qarşılaşıb. Cütün taleyini Bakıdakı cavab matçında həll etmək üçün "bankirlər"ə səfərdən sərfəli nəticə ilə qayıtmaq lazım idi. Kaxaber Sxadadzenin komandası bu istəyinə nail olub. Baxmayaraq ki, 3 cavabsız qol vurduqdan sonra arxayınlığa yol verən təmsilçimiz vətənə darmadağınla yox, minimal hesablı üstünlüklə dönməli olub. İstənilən halda, "bankirlər" doğma meydanda cütün taleyini həll edə bilərlər.
Qeyd edək ki, "İnter" "Tiraspol"la cavab matçına bir həftə sonra - iyulun 10-da Bakıda çıxacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
3 iyul
“Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan) - 2:3
Qollar: Andrey Novikov, 78; Georgi Karaneyçev, 88 - Baçana Sxadadze, 8 (pen); Elvin Məmmədov, 10; Andrey Novikov, 71 (öz qapısına)
Baş hakim: Ante Vuçemiloviç (Xorvatiya)
Tiraspol. “Şerif” İdman Kompleksinin kiçik arenası
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR