İctimai Palata ilə Ziyalılar Forumu birgə bəyanat verdi
İctimai Palata və Ziyalılar Forumu Azərbaycanda siyasi məhbuslar və vicdan məhbusları məsələsi ilə bağlı birgə bəyanat verib. İctimai Palata mətbuat mərkəzinin yaydığı bəyanatda deyilir:
“Yaxın günlərdə Azərbaycanda beynəlxalq əhəmiyyətli mötəbər mədəniyyət tədbiri – “Eurovision” mahnı yarışması keçiriləcəkdir. Bununla əlaqədar Azərbaycanda çağdaş siyasi mədəniyyət dəyərləri ilə bir araya sığmayan halın mövcudluğuna siyasi məhbus probleminə diqqəti cəlb edirik. Hazırda BMT və Avropa Şurasında insan hüquq müdafiəsi sahəsində ekspert kimi tanınmış hüquq müdafiə təşkilatları tərəfindən siyasi və vicdan məhbusu kimi tanınmış onlarla Azərbaycan vətəndaşı həbsxanalarda əziyyət çəkir.
Ziyalılar Forumu və İctimai Palata sivilizasiyalı cəmiyyətlər üçün dözülməz olan vicdan və siyasi məhbuslar probleminin birdəfəlik həllini zəruri sayır və bundan çıxış edərək bəyan edir ki, “Eurovision” mahnı yarışması başlanana qədər Azərbaycandakı bütün vicdan və siyasi məhbuslar azadlığa buraxılmalıdır”.
“azadlıq.info”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR