Amili həqiqəti dilə gətirib. İranda dominant xalq Azərbaycanlı türkləridir və əksəriyyət türkdillidir. Ancaq buna rəğmən əksəriyyətin dili İran konstitusuyasında dövlət dili kimi öz yerini tapmayıb.
Bu sözləri “Veteninfo.az”a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Ərdəbilin imam-cüməsi Höccəttülislam Seyid Həsən Amilinin İranda azərbaycan türkləri ilə bağlı çıxışını şərh edərkən bildirdi:
“Bu, məsələnin qaldırılması İran hakimiyyətinə bir xəbərdarlıqdır. Çünki bu məsələ İran dövlətinin ən zəif nöqtələrindən biridir və bu fakt yaxın gələcəkdə hakimiyyətin əleyhinə çevrilə bilər. İqtisadi embarqodan sonra məhz etnik qarşıdurmalar yönündə düyməyə basılacaq. Bu proses İranda əsas çoxluq olan Azərbaycan türkləri üzərində qurulacaq”,-deyən analitik onu da əlavə edib ki: “Çünki bu etnossuz İranda hər hansı çevriliş etmək mümkün deyil. Artıq bu gerçəyi ABŞ və digər dünya gücləri anlayır. Son zamanlar bu yöndə soydaşlarımızın yaratdıqları bütün siyasi qurumlar fəaliyyətlərini intensivləşdiriblər. İran dövləti və Amili də bu hərəkətlənməni və potensial təhlükəni görməmiş deyil. O baxımdan, Amilinin dedikləri İran hakimiyyətinə nir növ ciddi xəbərdarlıq kimi dəyərləndirilə bilər. Eyni zamanda bu faktın özü həm də İranın ruhani dünyasında gələcəklə bağlı artıq ciddi fikir ayrılığının göstəricisi də ola bilər”.
Elnur Eltürk
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?