Mayın 18-də Təbrizdə Azərbaycan əleyhinə böyük etiraz aksiyası keçirmək planlaşdırılıb
İran hakimiyyəti mayın 18-də Təbrizdə Azərbaycan Respublikası əleyhinə böyük etiraz aksiyası keçirməyi planlaşdırır.
"Vətəninfo.az" “Media forum” saytına istinadən xəbər verir ki, belə bir aksiya keçirmək planının olduğu İranın dini lideri ayətullah Əli Xamneyinin Təbrizdəki nümayəndəsi, Təbriz cümə namazının rəhbəri ayətullah Möhsün Müctəhid Şəbüstərinin çıxışı zamanı aydınlaşıb.
“Media forum”un məlumatına görə, mayın 11-də Təbrizin cümə namazında çıxış edən Müctəhid Şəbüstəri deyib: “Dünya zülmkarları gündən-günə zəiflədiyi bir halda çox təəccüblüdür ki, bəzi müsəlman ölkələri, o cümlədən Azərbaycan Respublikası və Əfqanıstan özlərini dünya zülmkarlarının tələsinə salır, islama zidd fəaliyyət göstərir, onlarla təslimçi müqavilələr bağlayaraq islam dünyasının nifrətini qazanırlar.
Təbriz əhalisi gələn həftə cümə namazını qıldıqdan sonra misli görünməmiş yürüşlər keçirərək Azərbaycan Respublikasının bu kimi islama zidd əməllərini kəskin pisləyəcək”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR