Hədəf Nəşrləri ədəbiyyatımızın görkəmli nümayəndəsinin 6 romanını son əlavələrlə yenidən nəşr etdirib
Tanınmış Azərbaycan yazıçısı İsa Muğanna tərəfindən qələmə alınmış romanların təqdimat mərasimi keçiriləcək.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, təqdimat mərasimi yazıçının özünün də iştirakı ilə, may ayının 18-də, saat 13:00-da Bakı Atatürk Mərkəzində təşkil olunacaq.
Yazıçının 85 illiyi münasibəti ilə onun “İdeal”, “Məşhər”, “İsahəq, Musahəq”, “Qəbiristan”, “Cəhənnəm” və “GurÜn” əsərləri hər biri yenidən, ayrı kitab formasında nəşr olunub.
Bu əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının rəsmi razılığı ilə baş tutub. Müəllif tərəfindən romanlara (xüsusilə “İdeal” romanına) son əlavələr edilib. Kitabların naşiri Müşfiq XAN, redaktoru Şəmil Sadiq, qrafik dizayneri isə Teymur Fərzidir.
İsa Muğanna öz əsərlərinin bundan sonra çap və yayım hüququnu Hədəf Nəşrlərinə həvalə edib. Müqaviləyə əsasən, bu kitabların satışından əldə olunan gəlirdən İsa Muğannaya yüksək faizlə qonorar veriləcək. Buna görə də, Hədəf Nəşrləri müəllifin əsərlərini yayan saytları və mətbuat qurumlarını yazıçının maraqlarını da nəzərə almağa çağırır.
İsa Muğanna romanlarının təqdimat mərasimində ölkənin ədəbi mühitində tanınmış simalar, ictimai xadimlər, yazıçılar və ziyalılar da iştirak edəcəklər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR