Türkiyə ərazisindən keçərək İŞİD-ə qoşulmaq istəyən şəxslər gəldikləri ölkələrə geri qaytarılıb. Geri qaytarılanlar arasında bir azərbaycanlı da var.
Vətəninfo.az xəbər verir ki, son 15 gün ərzində Türkiyənin İstanbul Atatürk və Sabiha Gökçen hava limanlarında 34 nəfər saxlanılıb. Onlar 17 müxtəlif ölkənin vətəndaşları olublar. Saxlanılanlardan biri də Azərbaycan vətəndaşı olan Rövşən Oruczadədir.
Həmin şəxslər Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyatlar zamanı saxlanılıblar. Bu şəxslərlə aparılan söhbət zamanı onlar Türkiyəyə “turist”, “qonaq”, “tibbi müayinə”, “ticarət” məqsədi ilə gəldiklərini deyiblər.
Lakin MİT-in araşdırmaları zamanı məlum olub ki, həmin şəxslər Türkiyəyə İŞİD-ə qoşulmaq məqsədilə gəlib, buradan da Suriyaya getmək istəyiblər.
Saxlanılanlar arasında Rusiya, Türkmənistan, Əfqanıstan, İngiltərə, Somali, Çeçenistan, ABŞ və Fransa vətəndaşları da olub.
Qeyd edək ki, saxlanılanlar öz ölkələrinə geri qaytarılıblar. Rövşən Oruczadənin Azərbaycana geri qaytarılandan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb-saxlanılmadığı haqda heç bir məlumat verilmir.
Xatırladaq ki, bu günədək Suriya və İraqda döyüşlərdə iştirak etmiş bir neçə azərbaycanlı ölkəyə geri qayıdarkən hava limanında saxlanılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR