"Azərişıq" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı noyabrın 27-i tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Bu barədə "Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Məlumata görə, "Azərişıq” bir daha xəbərdarlıq edir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.
"Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?