Vətəninfo.az xəbər verir ki, dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Axar.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçiriləcək. Azarkeşlərin səbirsizliklə gözlədiyi B qrupunun ilk oyunu olan Avstraliya və Hollandiya milliləri bu axşam üz-üzə gələcək. Bakı vaxtı ilə saat 21:00-da başlanan oyunun bir çox maraqlı xüsusiyyətləri var.
Maraqlısı budur ki, Hollandiya indiyədək Avstraliyanı məğlub edə bilməyib. Aralarında keçirilən 3 oyundan ikisi heç-heçə, bir oyun isə Avstraliyanın qələbəsi ilə bitib. Qrupun digər oyununda İspaniya Çilini sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bu komandaların əvvəlki oyunlarına nəzər saldıqda İspaniyanın açıq-aşkar üstünlüyü var. Aralarında keçirilən 6 oyundan 4-də İspaniya qalib gəlib. Yalnız 1 dəfə heç-heçəni bacaran Çili yığması 1 oyundan qalib ayrılıb.
Gecənin sonuncu qarşılaşması A qrupunda yer alan Kamerun–Xorvatiya milli komandaları arasında baş tutacaq. İlk dəfə yaşıl meydanda üz- üzə gələcək bu komandaların matçı Bakı vaxtı ilə 03:00-da start götürəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR