”Vətəninfo.az”ın verdiyi xəbərə görə, İsveç Yaşıllar Partiyasının Türk əsilli millət vəkili Məhmət Kaplan, Xocalı soyqırımı və Dağlıq Qarabağ problemini məclis gündəliyinə gətirilib. Kaplanın "İsveç hökumətinin Aİ və BMT nəzdində məsələni gündəmə gətirərək, tez bir zamanda işğala son verilməsini" istəyən qanun təklifi məclisin dünənki səsverməsində rədd edilib.
İclas zamanı Məhmət Kaplan ilə İsveç Liberal Partiyasının millət vəkili Fredrik Malm arasında sərt mübahisə yaşanmışdır.
Onu da əlavə edək ki, səsvermə öncəsi səsverməni çoxlu erməni izləməsinə baxmayaraq sadəcə 5 Azərbaycan vətəndaşının iclası izləməsi bir təzaddır.
Məsələ ilə bağlı Ankara Universitetinin əməkdaşı, politoloq Vurğun Həsənlinin fikirlərini öyrəndik: “İnsanı əsəbləşdirən bir situasiyadır. Orada Türkiyəli millət vəkili bizim üçün böyük əhəmiyyətə malik bir qərarı gündəliyə gətirir. Çoxlu erməni məsələnin ciddiliyini başa düşür. Ancaq bizim oradakı təmsilçilərimizin harada olduğu çox maraqlıdır. Cəmiyyət İsveçdəki Azərbaycanlıları ciddi şəkildə tənqid etməlidir. Oradakı Azərbaycanlılar, diaspora təmsilçilərimiz həmin vaxt ondan daha əhəmiyyətli hansı işlərlər məşğul olduqlarının hesabını ictimaiyyətə verməlidirlər. 5 azərbaycanlı nə deməkdir onu izah etməlidirlər. Yoxsa məsələyə belə laqeyd yanaşdığımız üçün cəmiyyət olaraq utanmalıyıq”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR