Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda İtaliyanın sabiq hökumət rəhbərlərinin iştirakı gözlənilir.
Komitənin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, Romada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkənin sabiq hökumət başçısı (2013-2014) Enriko Letta ilə görüşüb və onu III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməyə dəvət edib. E.Letta dəvəti məmnuniyyətlə qəbul edərək Foruma qatılacağını bildirib. Görüşdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, qarşıdakı Foruma hazırlıq məsələləri müzakirə edilib.
İtaliyanın digər sabiq hökumət rəhbəri (1996-1998, 2006-2008) və Avropa Komissiyasının prezidenti olmuş Romano Prodi də III Qlobal Müştərək Cəmiyyətlər Forumuna dəvət olunub.
Qeyd edək ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumunun 2015-ci ilin aprelində keçirilməsi nəzərdə tutulub. Forumun işində 40-dan artıq ölkənin sabiq dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR