Günel Novruzlu
İtirmək deyilən bir hiss varmıs. Bilirsənmi? Mən onu bu gün öyrəndim... Düzü heç bilməzdim, bu hissin bu qədər açısı, peşmanlığı, sağalmayan yarası olarmış… Bəli, sən demə, yanımızda ikən bəzən fərqinə belə varmadığımız bir insanı bir gün itirmək qorxusu da varmış... Eh, bu dünyada anlamdığımız çox şey var əslində. Özümüzə belə etiraf edə bilməyəcək sirrlərimiz var bu həyatda... Zaman ötür, sənə dəyər verən bir insan gedir. Sənə qalansa yalnız göz yaşları, bir də UCA TANRIya yalvarışlar olur…
Təkcə onun getməyi pis təsir etmir sənə. Ən çox onun niyə getməyi incidir səni. Axı, sən onun üçün çox dəyərli olmusan. Bəzən onu heç xəbər almasan da, varlığını belə duymasan da, o insan heç vaxt laqeyd olmayıb sənə ...
Bu suallarla düşünürsən : “Niyə axı ?!”, ”Nə səbəbə ?!”... Cavab tapa bilmirsən.., bəzən də tapırsan, onda da çox gec olur ... Bəzən hirsin, bəzən nifrətin, bəzən də səhvini etiraf etmək qorxun saxlayır səni... Zamanla öyrəşirsən, alışırsan hər şeyə... Həyatının ən böyük səhvini anlayırsan. Başa düşürsən, sənə dəyər verənlərin belə bir gün səni tərk edə biləcəklərini... Dərs alırsan həyatdan, bu dərs biganə qalmamağı, dəyərsiz davranmamağı öyrədir sənə...
Dəyər ver, dəyər ver ki, sonda dəyərsizləşməyəsən, tərk edilməyəsən!
Elə yaşa ki, bir kimsəyə görə İTİRMƏK QORXUSU yaşamayasan!..
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR