Kanadada ermənilərin təxribat istəyi ürəyində qaldı - FOTO

Kanadada ermənilərin təxribat istəyi ürəyində qaldı - FOTO

İyulun 26-da Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatına etiraz əlaməti olaraq izdihamlı nümayiş keçirilib. 

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

"Vancouver Art Gallery” meydanına toplaşan azərbaycanlılar və burada yaşayan türklər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq, dövlətimizə və ordumuza dəstək olduqlarını nümayiş etdiriblər. 

Nümayişçilər bildiriblər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, erməni təxribatlarının dayandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın işğalçılıq siyasətinə cəlb edilməsi üçün səslərini qaldırıblar.

Aksiyanın Kanadanın qanunları çərçivəsində, icazəli şəkildə keçirilməsinə baxmayaraq, nümayişçilər son anda burada da ermənilərin təxribatı ilə üzləşib. Erməni quldurları meydana gələrək aksiyaya mane olmağa cəhd göstəriblər. 

Vankuverin azərbaycanlı icması erməni təxribatı ilə bağlı Kanada dövlətinə müraciət edib və aksiyanın keçirildiyi yerdə polislərin sayı daha da artırılıb. Aksiya insidentsiz başa çatıb.
 
 
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az