Kazarnovskaya Azərbaycanın xəbərdarlığına məhəl qoymadı
İyul ayında Dağlıq Qarabağa qanunsuz səfər etməklə rəsmi Bakının
etirazına səbəb olan rusiyalı müğənni Lyubov Kazarnovskaya buna məhəl
qoymayaraq yenidən Xankəndinə gəlib.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki,
opera müğənnisi ötən gün Xankəndinin mədəniyyət və gənclər sarayında
konsert proqramı ilə çıxış edib. Konsert zamanı onu pianoçu Anna
Krivçova, skripkaçı Alkesandr Bronveyber müşayiət edib.
Bundan
başqa, italiyalı opera müğənnisi Niukola Uliveri, serbiyalı Vişnya
Radoslav də konsertin iştirakçılarından olub. Lyubov Kazarnovskayanın
oğlu, Moskva konservatoriyasının təlbəsi olan skripaç Andrey Rosçik də
Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərdən
olub.
Bu gün isə Xankəndinin mərkəzində Lyubov
Kazarnovskyanın bədii rəhbərliyi altında Cüzeppe Verdinin "Rekviem”
əsəri tamaşaya qoyulacaq. Tamaşa Ermənistanın birinci xanımı Rita
Sarqsyanın təşkilatçılğı ilə baş tutacaq. Konsertə Ermənistan prezidenti
Serj Sarkisyan və yerli separatçıların lideri Bako Saakayn da tamaşa
edəcək.