Vətəninfo.az xəbər verir ki, ötən gün saxlanılan məşhur rejissor Kənan M.M sərbəst buraxılıb. Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsində dindirilən məşhur rejissor sonradan sərbəst buraxılıb. MediaPost.az-ın məlumatına görə, müğənni Vüqar Muradov polis bölməsinə gələrək ondan şikayətçi olmadığını bildirib. Qeyd edək ki, 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kənan MM xuliqanlıqda ittiham olunub.
Onun barəsində Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq müddəsilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun məlumatına görə, Kənan Mahmudov müğənni Vüqar Muradov və onun qardaşını döydüyü üçün saxlanılıb. Belə ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət edərək bildiriblər ki, Kənan Mahmudov bir qrup şəxslə onları döyüblər. Saxlanılan Kənan Mahmudov əməllərini etiraf edib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR