Azərbaycan Kikboksinq Federasiyasını baş katibi Rüstəm Rüstəmovun “Vətninfo”ya verdiyi məlumata görə, sabah Bakıda Kikboksinq üzrə 18-ci Azərbaycan çempionatı keçiriləcək. Baş katibin sözlərinə görə çempionatda 480 idmançı iştirak edəcək ki, bu idmançıların əsas hissəsi Azərbaycanın bölgələrini təmsil edirlər. Yarışa böyüklərlə yanaşı azyaşlı idmançılar (Kadetlər) da qatılacaqlar: “Cənab prezident İlham Əliyevin idmana qayğısı göz önündədir. Bildiyiniz kimi dövlət başçısı 2012-ci ili idman ili elan edib. Bunun nəticəsidir ki, gənclərimizin idmana marağı günü gündən artmaqdadır. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev də idmançılara daim qayğı göstərir. Bu qayğının nəticəsidir ki, Kikboksinq Federasiyası inkişaf edir. İdmanşılarımız çoxsaylı uuğurlar qazanırlar. Əminik ki uğurlarımız davamlı olacaq. Mayın 1-dən 10-nadək Braziliyada dünya kuboku keçiriləcək. Həmin yarışda Azərbaycanın kinboksinq üzrə milli mkomandası iştirak edəcək. Mayın 16-da isə Macarıstanın Jeget şəhərində kinboksinq üzrə dünya kuboku keçiriləcək. Həmin yarışa da kikqboksinqçilərimiz qatılacaqlar”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR