Vətəninfo.az xəbər verir ki, bu gün – sentyabrın 26-da Türkiyənin Bolu şəhərində beynəlxalq Koroğlu festivalı keçiriləcək. ANS PRESS-in məlumatına görə, festival çərçivəsində türk dünyasının bu məşhur xalq qəhrəmanı ilə bağlı rəngarəng tədbirlər təşkil olunacaq. Festival çərçivəsində Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Yakutiya, Uyğur milli rəqs qrupları öz ifalarını təqdim edəcəklər. Həmçinin Koroğlu dastanı mövzusunda mühazirələr oxunacaq, söhbətlər aparılacaq.
3 gün davam edəcək festival Bolu və Türk Dünyasının ortaq qəhrəmanı olan Koroğlunun bütün dünyaya tanıdılması məqsədini daşıyır. Koroğlunun təmsil etdiyi ədalət, igidlik və cəsarət kimi dəyərlər festivalda bir daha xatırlanacaq. Koroğlunu UNESCO–nun Mədəni İrs Siyahısına salınması üçün də birgə işlər aparılır. Festival çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Bolu Bələdiyyəsinin birgə təşkilatçılğı ilə “Rənglərin ahəngi” adlı sərgi də keçiriləcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR