Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqustun II ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Vətəninfo.az-a verilən məlumata görə, avqustun II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 3,8 m3/san azalaraq 73,3 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kürçayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların miqdarının yol verilən qatılıq həddindən (YVQH) bir neçə dəfə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 4.5, Ağstafaçay su anbarında isə 2.8 dəfə YVQH-ni keçib.
Avqust ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.3, I Şahsevəndə 2, Bəhramtəpədə isə 2.5 dəfə YVQH-ni keçib, mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.93-7.52 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”