"Vətəninfo.az" xəbər verir ki, nümayəndə heyətini gətirən təyyarə bu gün saat 07:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Medal sayında Azərbaycanın yeni rekorduna imza atan olimpiyaçılarımız qəhrəman kimi qarşılanıblar.
Hava limanına gələn yüzlərlə insanın əllərində mükafatçılarımızın şəkilləri, şüarlar olub. Milli geyimdə olan rəqqasələr milli musiqinin sədaları altında öz çıxışları ilə əsl bayram abı-havası yaradıblar.
Qarşılanmadan sonra olimpiyaçılarımız aeroportdan ayrılıblar. Daha sonra onlar Heydər Əliyevin abidəsini ziyarət ediblər. Olimpiya çempionlarımız Toğrul Əsgərovla Şərif Şərifov Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ehtiramlarını bildiriblər. Daha sonra nümayəndə heyəti və digər medal qazanan idmançılar abidə önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Azərbaycan olimpiyaçıları Londonda 10 medal qazanıblar. Medallardan 2-si qızıl, 2-si gümüş, 6-sı bürüncdür.
Apasport
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR