Dağıstanın Mahaçqala şəhərində 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edən komandamız 3 qızıl medal qazanıb. APA.az
32 güləşçinin mübarizə apardığı 60 kq çəki dərəcəsində Hacı Əliyev finala qədər maneəsiz irəliləyib. Finalda dağıstanlı Artyom Gebekovu da məğlub edən güləşçimiz turniri birinci sırada tamamlayıb.
66 kq-da da 30 nəfərdən artıq iştirakçı olub və güləşçimiz Ağahüseyn Mustafayev finala qədər yüksəlib. Həlledici görüşdə dağıstanlı Cəlaluddin Qurbanəliyevi də məğlubiyyətə uğradan Mustafayev qızıl medala sahib olub.
Ən ağır çəkidə təmsilçimiz Aslan Dzebişov da bütün rəqiblərindən üstün olub. Finalda ukraynalı Alen Zaseyevi məğlub edən güləşçimiz turnirin qızıl medalını qazanıb.
Qalib Əliyev (60 kq) və Hacı Əlicanov (96 kq) isə turniri beşinci sırada tamamlayıb.
Xatırladaq ki, məşqçilər David Kurtsiya, Nazim Əlicanov və Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə 11 güləşçimiz mübarizə aparıb. Heyətdə Hacı Əliyev, Qalib Əliyev (hər ikisi 60 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 66 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Hacı Əlicanov (96 kq), Əli İsayev, Aslan Dzebişov və Əli Maqomedabirov (hamısı 120 kq) yer alıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR