27 digər məhkumun edam gözlədiyi bildirilir
Vətəninfo.az-ın xəbərinə görə, Hüquq müdafiəçiləri Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində narkotik qaçaqçılığı ilə əlaqəli mühakimə edilmiş dörd məhkumun dar ağacından asıldığını bildirirlər.
Bəhram Əştəri, Atif Rəncbər, Vəli Nəcəfniya və Kərim Sadatın edam hökmünün icrası ilə bağlı xəbərlər martın 23-də yayılmış, lakin İranda insan haqları pozuntuları haqda xəbər yayan HRA agentliyinə əsasən, hökm bir neçə həftə öncə həyata keçirilib.
Yayılan məlumata görə, Marağa zindanında edam hökmü gözləyən 27 digər məhkum saxlanılmaqdadır. HRA bunların Novruz tətillərindən sonra edam edilə biləcəyini yazıb.
Birləşmiş Millətlər Təşkilatının İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin martın 15-də BMT-nin Baş Məclisinə təqdim etdiyi hesabatda 2014 ilində İranda azı 753 nəfərin edam edildiyi qeyd edilir. Hesabatda bunun son 12 il ərzində ən yüksək rəqəm olduğu bildirilir.
Əhməd Şəhid həmçinin Həsən Ruhaninin prezident seçildiyindən bəri İranda insan haqları vəziyyətinin pisləşdiyini ifadə edib.
İnsan haqları qruplarının yaydığı hesabatlara istinadən, İran Azərbaycanının Urmiyə, Ərdəbil və Təbriz şəhərləri İranda narkotik qaçaqmalçılığı ilə bağlı ən çox edam hökmünün icra olunduğu şəhərlər sırasındadır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR