Futbol dünyasının əfsanəsi Dieqo Maradona yenidən futbola qayıdır.
Vətəninfo.az xəbər verir ki, Argentinalı futbol əfsanəsi iştirak etdiyi bir televiziya proqramında Braziliyada keçirilən futbol üzrə dünya çempionatından sonra Venesuela milli komandasına rəhbərlik edə biləcəyini deyib.
Maradona bu günə qədər Cənubi Amerikada dünya çempionatında iştirak etməyən yeganə ölkə olan Venesuelanın baş məşqçisi olmasının doğru addım olacağını vurğulayıb.
Futbol dünyasının əfsanəsi bu ilki dünya çempionatının bitməsindən sonra Venesuela prezidenti Nikolas Maduroyu ziyarət edəcəyini və bu məsələni müzakirə edəcəyini bildirib.
Qeyd edək ki, Venesuelanın baş məşqçisi Sezar Farias komandasının 2014-cü il dünya çempionatının seçmə mərhəldə uğursuz çıxışından sonra istefa vermişdi.
Xatırladaq ki, Maradona bu günə qədər "Textil Mandiyu", "Rasinq Avellaneda", "Al-Wasl" və Argentina milli komandasına rəhbərlik edib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR