Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri 2012-ci ildə Azərbaycanın “Folklor paytaxtı” elan edilmişdir.
Vətəninfo.az" xəbər verir ki, bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb, geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxış kimi kütləvi tədbirlər keçirilir. Keçirilən ayrı-ayrı tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, ictimaiyyətin nümayəndələri, folklorşünas alimlər, millət vəkilləri, ziyalılar və incəsənət ustaları iştirak edir. Bu il sentyabr ayının 7-10-da Masallıda Beynəlxalq Folklor Festivalı keçiriləcəkdir. Festivalda Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya ölkələrindən folklor qruplarının iştirakı gözlənilir. Qonaqlar xalqlarına məxsus folklor nümunələri nümayiş etdirəcək, Azərbaycana xas zəngin folklor nümunələri ilə də tanış olacaqlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR