Karneqi Mellon Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, daxili stressi aradan qaldırmaq üçün gündə cəmi 25 dəqiqə meditasiya etmək kifayətdir.
Vətəninfo.az xəbər verir ki, alimlər 18-30 yaşlarında 66 könüllünün iştirakı ilə eksperiment aparıblar. Əvvəlcə tədqiqat iştirakçıları iki qrupa bölünüblər. Birinci qrupun iştirakçılarına məqamı tutmaq və fikri cəmləşdirmək bacarığı aşılayan tənəffüs hərəkətləri üzrə ustad dərs keçirilib.
İkinci qrupun iştirakçıları üçün poeziya nümunələrinin təhlili yolu ilə problemlərin həllinin koqnitiv vərdişlərinin formalaşdırılması üzrə üç günlük ustad dərs keçirilib. Tədqiqat başa çatandan sonra bütün iştirakçılar alimlərin xahişi ilə şifahi və riyazi testlərdən keçib, onların tüpürcəyi müayinə olunub. Daha sonra iştirakçıların emosional səviyyəsinə dair sorğu vərəqi doldurulub.
Nəticədə məlum olub ki, yadda saxlama meditasiyasının köməyi ilə stressin xeyli dərəcədə azalmasına nail olmaq mümkündür. Lakin plasebo effekti tamamilə istisna deyil. Ola bilsin, meditatisiya qrupunun iştirakçıları əmin idilər ki, stressdən qurtulacaqlar. Yüngüllük hiss etdikləri üçün orqanizmdə kortizolun səviyyəsi “azalıb”. Lakin elmi-tədqiqat qrupunun üzvləri tamamilə başqa fikirdədirlər: meditasiya kortizolun səviyyəsini birbaşa azaldır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR