“Məhkumlar”ın 19-cu bölümünü, bəlkə də, bu teleserialın həm kulminasiya nöqtəsi, həm də yeni hadisələrin başlanğıcı hesab etmək olar.
Vətəninfo.az-ın məlumatına görə, filmin yaradıcı heyəti yenə də ustalıqla tamaşaçının əsəbləri ilə oynamaqda davam edir.
Gərgin, dinamik süjet, hadisələrin axarından çıxması, gözlənilməz, qəfil qərarlar, ağlasığmaz, novellavari nəticələr anbaan tamaşaçını həyəcan və intizarda saxlayır. Belə ki, filmin hər bölümündə maraqlı və incə məqamlar üzə çıxır. Yəni tamaşaçı elə düşünür ki, hansısa bölümdə bütün suallara cavab tapılacaq, qaranlıq məqamlara işıq doğacaq. Ancaq sonda bir daha yanılıdığını görür, ehtirasla ümidini növbəti bölümə bağlayır.
Qeyd eək ki, bu bölümdə Əməkdar artist Sabir Məmmədovun “Şahmar”ı “Məhkumlar”ın şahmarına cevriləcək. Eyni zamanda, Xəqani və Röya bütün arzularının, sevgilərinin, xəyallarının yerlə-yeksan olduqlarını biləcəklər. Və sözün əsl mənasında üsyana başlayacaqlar. Adilin Röyayla nişanlanmasını Adil də, Rüstəm də şok və qəzəb içində qarşılayacaq. Yeni qərar veriləcək. Bu dəfə qərarı valideynlər deyil, məhz məhkumların özü qəbul edəcək. Bu vacib və qəfil qərarın nə olduğunu bilmək istəyirsinizsə, “Məhkumlar”ın növbəti bölümünü bu axşam 19.30-da ATV-də izləyin.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR