Müğənni Kərimin ATV-də yayımlanan "Gün üzü" verilişində səsləndirdiyi fikirlərə əməkdar artist Mehriban Xanlarovadan reaksiya gəlib. Aktrisa Ölkə.Az-a açıqlamasında bildirib ki, müğənnini bağışlamaq fikri yoxdur:
"Mənə dəxli yoxdur. İndi səsi çıxır? Bu sözləri deməyin heç bir mənası da yoxdur, artıq gecdir. Ötən həftənin beşinci günü Binəqədi Rayon Məhkəməsinə müraciət etmişəm. Orada cavab verər. Bütün millətin qarşısında, sosial şəbəkələrdə, efirdə üzr istəməyincə ondan əl çəkən deyiləm. Axıra qədər də gedəcəyəm".
Qeyd edək ki, ifaçı Kərim Abbasov bir neçə gün öncə Mehriban Xanlarova haqqında sosial şəbəkədə belə bir status paylaşmışdı : “Əslində mən bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı, hər bir azərbaycanlı xanımı qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir, biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın”.
Xatırladaq ki, Kərim bu gün qonağı olduğu "Gün üzü" verilişində məsələyə bu cür aydınlıq gətirib: "Üç aydır ki, "Instagram" səhifəmi işçim Məhəmməd işlədir. O da əsəbiləşib yazıb. Əgər mən yazsaydım, qorxmazdım və bunu etiraf edərdim".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR