Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Vizual.azxəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ” evdə İngiltərənin "Tottenhem" klubuna 0:1 hesabı ilə uduzub. Tofiq Bəhramov adına Respublika stadionudakı matçdan sonra açıqlama verən Ağdam klubunun prezidenti Tahir Gözəl bu sözləri deyib: "Çox maraqlı və gözəl görüş idi. Start həyəcanından sonra "Qarabağ” özünə gəldi və yaxşı oyun sərgilədi. Əlbəttə, rəqib çox güclü idi. İnkişaf etmiş və güclü kollektivdi. Vurduğumuz qolun ofsayt olması bizim bəxtsizliyimiz idi. Nəsə "Qarabağ”ın ofsaytlarla bəxti gətirmir. Əlimizdən gələni etdik, mübarizə apardıq. Çox çətin qrupa düşmüşdük. Ancaq "Qarabağ” meydana çıxdığı hər oyunda qələbəyə yaxın tərəf idi. Klubumla fəxr edirəm. Azərbaycanı layiqincə təmsil etdik”.
Gözəl qrupdakı son matçda da qələbə üçün çıxacaqlarını deyib: "Anderlext”lə son oyunumuz qalıb. Onu qazanmaq istəyirik. Nəticəyə nə qədər təsiri olacaq, onu bilmirik. Düzü, inanmıram, çox az şansımız var, ancaq ən azı səfərdən uğurla dönüb, motivasiya qazanmaq istəyirik. Mən "Qarabağ”ımla fəxr edirəm”./ Qafqazinfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL