"Neftçi" meydana "kaska" ilə çıxdı - Foto

15:55 
Topaz Premyer Liqasının 15-ci turunda "Neftçi" doğma azarkeşləri önündə "Zirə"ni qəbul edir. 
Vizual Sport7.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" meydana qoruyucu "kaska" ilə çıxacaq. 
Təbii ki, bu da səbəbsiz deyil. Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq belə bir addım atılıb. Bunu saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov bildirib.
 
16:12
"Neftçi" komandası azarkeşlər önünə söz verdiyi kimi kaska ilə çıxıb.
 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az