İlham İdrisoğlu
Mənim şeirlərim nisgildən doğub,
Günəşə aldanmış bir güldən doğub,
Anaya,vətənə,mehribanlığa
Can qurban eyləyən könüldən doğub!
Mənim şeirlərim qəlb ağısıdır,
Tərpətsən ,gözlərim ağlayacaqdır,
Görəndə sizləri gülərüz,xoşbəxt,
Sazım mizrab tutub,cağlayacaqdır!
Mənim şeirlərim qaynar bulaqdır,
Hərdən bulanıqdır,hərdən durulur.
Deyiləsi sözüm qalaq-qalaqdır.
Hərdən usanıram,qəlbim yorulur!
Mənim şeirlərim ana axtarır,
Yalnız xatirələr sıxır köksünə
Şirin xəyallarda hey görüşürük.
Yoxum heyran olur incə səsinə.
Brest 2011
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR