Vətəninfo.az xəbər verir ki, Türkiyənin tanınmış aktyoru Kadir İnanır xəstəxanaya çatdırıldı. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı jurnalist Veysi Polad sosial şəbəkədəki səhifəsində yayıb. Məlumata görə, Hakkari vilayətində iştirak etdiyi tədbirdə səhnəyə çıxan İnanırın vəziyyəti qəfildən pisləşib. Aktyorun şəklini paylaşan jurnalist, bu kadrdan sonra onun halının pisləşdiyini və xəstəxanaya çatdırıldığını qeyd edib. Bir müddət sonra Kadir İnanırın vəziyyətinin yaxşı olduğunu yazan Veysi Polad onun oteldə dincəldiyini bildirib. İnanırla çəkdirdiyi fotonu paylaşan Polad, “İzdiham onu yordu. Bu şəkil onun “xəstələndi” sözünə sevinənlər üçün gəlsin” – yazıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR