2011-ci ildən beynəlxalq miqyasda çıxışını dayandıran kişi voleybolçulardan ibarət Azərbaycan yığması yenidən çətin vəziyyətlə üzləşib. Dünya çempionatının I təsnifat mərhələsinin hazırlıqlarına başlayan komandamızın baş məşqçisi Plamen Xristov vəzifəsindən ayrılıb.
Təxminən 2 ay öncə millimizin “sükanı arxası”na gətirilən bolqarıstanlı mütəxəssisin postundan getməsi isə gözlənilməz olub. Onun müəmmalı şəkildə, federasiyaya xəbər etmədən Bakıdan qaçdığı bildirilir.
Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli bu məsələ ilə bağlı apasport.az saytına bildirib ki, hazırda ölkə xaricində olduğundan danışa bilmir: “Hazırda Lüksemburqdayam. Azərbaycana qayıdandan sonra milli komanda barədə danışa bilərəm”.
Yaxın günlərdə yığmamıza yeni baş məşqçi gətiriləcək. Onun da əcnəbi mütəxəssis olacağı bildirilir.
Qeyd edək ki, komandamız dünya çempionatının I təsnifat mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Hollandiya ilə qarşılaşacaq. Bu görüşlə mayın 23-26 aralığında baş tutacaq.
//Apasport.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR