"İndiki dövrdə Azərbaycandakı mollaların fəaliyyətinin lisenziyalaşdırılması mühüm əhəmiyyət kəsb edir".
Vizual.az-ın məlumatına görə,bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev hesab edir ki, mollaların fəaliyyətinin lisenziyalaşdırılması bir sıra müsbət məqsədlərə xidmət edə bilər. Onun fikrincə, bu, həm mollaların gələcək pensiya təminatına şərait yaradacaq, həm də dinin təməllərinin sağlam əsaslar üzərində əhaliyə çatdırılmasına xidmət edəcək: "Mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, gələcək pensiyalarını təmin etməlidirlər.Mollaların lisenziyalaşdırılması, eyni zamanda xaricdən yönəldilən müəyyən mənfi təsirlərin, dini radikalizmin yayılmasının qarşısını alacaq”.
O, əlavə edib ki, artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə lazımi addmlar atır.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi ötən ildən din xadimləri üçün təkmilləşdirmə kurslarının keçirilməsinə başlayıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL